Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələrinin verilməsi ilə bağlı dəyişiklik təsdiq olundu

Valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələrinin verilməsi ilə bağlı dəyişiklik təsdiq olundu

Tarix: 8 May 2020 12:33

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.

Sənəd səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Etiketlər:  Valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələrinin verilməsi ilə bağlı dəyişiklik təsdiq olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ