Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edildi

Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edildi

Tarix: 8 May 2020 13:06

Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadə qaydaları haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar "Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi haqqında" qanunu ilə müəyyən ediləcək.

Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Etiketlər:  Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ