Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 13:50
Azərbaycanda tanınmış vayner Səbinə Kətanova koronavirus pandemiyasından zərərçəkmişlər üçün nəzərdə tutulmuş 190 manatlıq yardım alıb.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, fotomodel xanım 190 manatlıq yardımı alması ilə bağlı paylaşım da edib.
O, paylaşım zamanı 190 manat yardımın həqiqətən insanlara verilməsini və şəxsən özünə bu barədə sms gəldiyini qeyd edib.
Qeyd edək ki, Səbinə Kətanovanın 190 manatlıq yardımı alması sosial şəbəkədə birmənalı qarşılanmayıb. Şəxsi avtomobili belə olan vaynerin bu yardımı alması, ehtiyaclı insanların etirazına səbəb olub.