Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Allahverdi Bağırovun “Neftçi”nin məşqçisinə verdiyi xüsusi vəsiqə - Tarixin şəkli

Allahverdi Bağırovun “Neftçi”nin məşqçisinə verdiyi xüsusi vəsiqə - Tarixin şəkli

Tarix: 8 May 2020 14:24

1992-ci il…

Hazırda “Neftçi” klubunda aşağı yaş qrupu üzrə komandalarda məşqçi işləyən İslam Kərimov Qarabağ döyüşlərində könüllü şəkildə iştirak üçün Ağdam rayonuna yollanır. Burada o, Eldar Bağırov adına Ağdam Ərazi Özünümüdafiə batalyonuna yazılır. Batalyonun komandiri Allahverdi Bağırov İslam Kərimova döyüş silahını gəzdirməyə icazə verən xüsusi vəsiqə də verir.

İslam Kərimov Qol.az saytına danışır ki, həmin vəsiqəni indiyə qədər də əziz xatirə kimi evində qoruyub saxlayıb. Kərimov danışır ki, o, döyüşlər zamanı gəzdirdiyi avtomata isə sevdiyi komanda “Neftçi”nin adını yazdırıb və top şəkli həkk edib.

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov “Qarabağ”ın baş məşqçisi və kapitanı olub.





 


Etiketlər:  Allahverdi Bağırovun Neftçinin məşqçisinə verdiyi xüsusi vəsiqə Tarixin şəkli


RƏYLƏR