Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 14:36
Amerikalı döyüşçü Toni Ferqüson rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu qorxaqlıqda ittiham edib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, onlayn konfrans zamanı deyib.
"O, döyüşmək istəmirdi və qaçdı. Eyni şeyi Konor (Makqreqor -red.) haqda da demək olar. Mənə deyirdilər ki, mən növbəti olacağam, amma Konor və Həbib yoxdur. Onlar evdə karantindədirlər, mən isə burada", - Ferqüson bildirib.
Amerikalı mayın 10-da Ceksonvildə keçiriləcək UFC 249 turnirində həmvətənlisi Castin Qeydji ilə döyüşəcək. Turnir tamaşaçısız keçiriləcək.
Qeyd edək ki, əvvəlcə Ferqüsonun rəqibi Nurməhəmmədov olmalı idi. Döyüşün aprelin 19-da keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası səbəbindən Rusiyadan çıxa bilməyən Nurməhəmmədov döyüşdən imtina etməli oldu. Daha sonra turnir də ləğv olundu.