Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 16:56
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vayner, sosial şəbəkə fenomeni Səbinə Kətanovaya 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı müzakirələrə aydınlıq gətirib.
Sonxeber.net xəbər verir ki, Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, Səbinə Kətanovanın birdəfəlik ödəmə ilə bağlı müraciətinə baxılarkən e-bazalarda onun adında heç bir əmlak, avtomobil və s. olduğu müəyyən edilməyib:
"Bəzi sosial şəbəkə səhifələrində Bakı şəhər sakini Kətanova Səbinə Natiq qızının maddi cəhətdən imkanlı olması təəssüratını yaradan şəklini paylaşaraq 190 manat birdəfəlik ödəmənin ona da verildiyini bildirməsi barədə statuslar paylaşılır.
Bununla əlaqədar bildirirəm ki, müraciətlərə baxılması müxtəlif dövlət orqanlarına məxsus e-informasiya sistemləri üzərindən həyata keçirilib. Müraciət edənlərin birdəfəlik ödəmə almaq hüququna baxılarkən, yalnız bu bazalardakı məlumatlara istinad edilib, onların maddi-məişət şəraitinin əyani müayinəsi aparılmayıb.
S.Kətanovanın birdəfəlik ödəmə ilə bağlı müraciətinə baxılarkən də e-bazalarda onun adında heç bir əmlak, avtomobil və s. olduğu müəyyən edilməyib.
Ödəmə alanların Siyahısının Nazirlik tərəfindən açıqlanması da, elə ictimai aşkarlığa önəm verilməsinin göstəricisidir. Eyni zamanda, məqsəd əslində 190 manata ehtiyacı olmayan, lakin yaranmış hüququndan istifadə edərək bu ödəməni əldə edənlərin aşkarlanması və onları ictimai qınağa çəkməkdir.
S.Kətanovanı da hüququ yaranmasına baxmayaraq, ehtiyacı olmadan birdəfəlik ödəməni aldığına görə qınayırıq".
Məhəmməd Vaqif