Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan İlahiyyat İnstitutu Şuşanın işğalının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu Şuşanın işğalının 28-ci ildönümünə həsr olunmuş  videokonfrans keçirib (FOTO)

Tarix: 8 May 2020 17:09

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı videokonfrans keçirib.

Aİİ-dən Trend-ə verilən məlumata görə, rektor vəzifəsini müvəqqəti icra edən Aqil Şirinov çıxış edərək bildirib ki, 8 may 1992-ci il tarixdə erməni silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycanın Şuşa şəhəri Qarabağda strateji cəhətdən ən əhəmiyyətli ərazilərdən biri olub. İşğal nəticəsində Şuşa şəhəri və ətrafında yerləşən kəndlər dağıdılmış, dinc əhaliyə divan tutulmuş, minlərlə insan məcburi köçkünə çevrilərək öz yurdlarından didərgin salınıb.

Erməni vandalizmi nəticəsində Şuşada dini abidələr, qəbiristanlıqların dağıdıldığını qeyd edən Aqil Şirinov dünya ictimaiyyətinə bunları çatdırmaq üçün hər bir vətəndaşımızın əlindən gələni əsirgəməməyə hazır olmasını vurğulayıb.

Aqil Şirinov daha sonra Şuşa şəhərindəki dini ibadətgahlar və mədrəsələr haqqında da bəhs edib. Nəzərə çatdırıb ki, Şuşanın hər məhəlləsinin özünəməxsus məscidi olub. O, Şuşa şəhərinin tarixi mədrəsələrindən bəhs edərkən vurğulayıb ki, belə təhsil ocaqlarından Mirmövsüm Nəvvab kimi ziyalılarımız yetişib.

Videokonfransa qatılan müəllim və tələbələrlə fikir mübadiləsi aparılıb.

Azərbaycan İlahiyyat İnstitutu Şuşanın işğalının 28-ci ildönümünə həsr olunmuş  videokonfrans keçirib (FOTO) - Gallery Image Azərbaycan İlahiyyat İnstitutu Şuşanın işğalının 28-ci ildönümünə həsr olunmuş  videokonfrans keçirib (FOTO) - Gallery Image


Etiketlər:  Azərbaycan İlahiyyat İnstitutu Şuşanın işğalının ildönümünə həsr olunmuş videokonfrans keçirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ