Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Onların halına acıyıram” - Nadir Qafarzadə

“Onların halına acıyıram” - Nadir Qafarzadə

Tarix: 10 May 2020 18:15

Müğənni Nadir Qafarzadə DTX-nın Mədəniyyət Nazirliyində apardığı əməliyyatdan danışıb.

Sonxeber.net bildirir ki, musavat.com-a açıqlama verən sənətçi bildirib ki, nazirlik tərəfindən ona olunan haqsızlıqlardan zamanı gələndə danışacaq:

"Ömürboyu həyatda haqq-ədalət axtarmışam. Sonra başa düşdüm ki, ümumiyyətlə, dünyada bu, yox imiş, boş yerə axtarış edib vaxt itirmişəm. Mədəniyyət nazirinin mənə nə yaxşılığı, nə də pisliyi dəyib. Nazirlikdə yaşananlarla bağlı bitərəfəm. Yıxılana balta vurmazlar. Yıxılanın pis gününə sevinmərəm, onlara acıyıram.

Dövlət nə qərar verirsə, qanun qəbul edirsə, biz də razılaşmalıyıq. Mən də adi bəndəyəm, vətəndaşam və dövlətimin yanındayam. Düşünürəm ki, hər şey yaxşı olacaq. Hər zaman mənə olunan haqsızlıqlardan danışmışam. İndi isə susuram. Zamanı gələndə danışacağam".


Etiketlər:  Onların halına acıyıram Nadir Qafarzadə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ