Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gözləri getdikcə zəifləyənlər üçün DİETA - Gündəlik menyu

Gözləri getdikcə zəifləyənlər üçün DİETA - Gündəlik menyu

Tarix: 10 May 2020 20:42

Gözlər də zamanla və zərərli həyat tərzində itiliyini azaldır, bəzən ciddi xəstəlik olmadan zəifləyir. Bütün orqanlar kimi gözlərimiz də qidalanmamızdan asılıdır.

Sonxeber.net medicina.az-a istinadən gözü zəif olanlar və ya artıq zəifləməyə başlayanlar üçün dietanı təqdim edir.

Hər gün maye qəbulunu artırırsız. Azı 1,5 litr təmiz su içməlisiz.

Səhər: iki yumurtanın sarısı, kəsmik

Məhz yumurtada göz buynuz qişasını qoruyan A vitamini var. Eləcə də lyutein və zeaksantin sarı ləkə və kataraktanın qarşısını alır.

Həftədə bir dəfə bildirçin yumurtası yeyin. Onda sink və A, B1, B12 vitamini daha çoxdur.

Günorta yeməyində həftədə 4 dəfə yağlı balıq, balıq şorbası və ya kürüsü yeyin. Eləcə də gündəlik Omeqa 3, 6, balıq yağı için.

Gün ərzində 10 ədəd badam yeyin. Badamda göz hüceyrələri üçün vacib antioksidant və E vitamini vardır.
Gün ərzində itburnu dəmləməsi için. Günə 1 stəkan. İtburnuda olan askorbin turşusu gözün birləşdirici damar və toxumalarını qüvvətləndirir, sərbəst radikalları zərərsizləşdirir. C vitamini damarlarını elastiki edir.

Axşama:
Narıncı rəngdə olan tərəvəz və ya meyvələrdən təzə salat. Balqabaq şorbası, balqabaq sobada və s. ola bilər. Eləcə də kök salatı. Bunlar hətta artıq zəifləmiş gözləri də bərpa edə bilər. Məhz narıncı rəngdə meyvələrdə lyutein və beta karotin çoxdur.

Eləcə də axşam kükü, göyərtilərdən Şİ, borş, göyərti salatı yeməlisiz. Bu görmə sinirini qoruyur, atrofiya, konyuktivit, kataraktaya qarşıdır.


Etiketlər:  Gözləri getdikcə zəifləyənlər üçün DİETA Gündəlik menyu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ