Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 20:52
Sabah Ramazan ayının 17-ci günüdür.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də Bakıda imsak saat 03:44, iftar isə saat 20:01-dədir.
Ramazan ayının 17-ci gününün duası:
"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin".
Tərcüməsi:
"İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları bilən! Məhəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bəxş et!"
Allah orucunuzu qəbul etsin!
Ramazan ayının bütöv təqviminə buradan baxa bilərsiz.
Səhifənin tərəfdaşı Zeytun bağları.