Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 21:00
Bakı. Trend:
Türkiyədə yeni növ koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində mayın 16-dan 19-dək dördgünlük komendant saatı tətbiq ediləcək.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib: "16, 17, 18 və 19 may tarixlərində yenidən evdən çıxmaq qadağası tətbiq ediləcək".
Türkiyə Prezidenti qeyd edib ki, ölkənin 9 əyaləti üzrə giriş-çıxış qadağası ləğv edilir. (Adan, Dənizli, Diyarbakır, Kahramanmaraş, Mardin, Ordu, Tekirdağ, Trabzon və Şanlıurfa)