Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“EuroHome” bazarındakı yanğın söndürülüb- YENİLƏNİB -VİDEO - FOTO

“EuroHome” bazarındakı yanğın söndürülüb- YENİLƏNİB -VİDEO - FOTO

Tarix: 12 May 2020 07:10

07:05

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarı ərazisində baş vermiş yanğın saat 01:30-da tam söndürülüb.

Milli.Az-ın Fövqəladə Halla Nazirliyinə istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi işləri ilə yanaşı, Nazirliyin qüvvələri həm də bazarda olan tikinti materiallarının yanğından mühafizə məqsədilə yanğın ərazisindən kənarlaşdırılmasını həyata keçirib.

XXX

01:15

Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarı ərazisində baş verən yanğın söndürülüb.

illi.Az Trend-ə istinadən bildirir ki, Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin aidiyyəti vəzifəli şəxsləri hadisə yerindədir.

XXX

00:50

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarı ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb, açıq alov məmbələri yoxdur.

Fövqəladə Halalr Nazirliyindən verilən məlumata görə, hazırda yanğın yerində soyutma və tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv materialların sökülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

XXX

00:49

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fovqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Nazirlikdən verilən məlumata görə, Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin aidiyyəti vəzifəli şəxsləri hadisə yerindədir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

11.05.2020

23:34

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Milli.Az


Etiketlər:  EuroHome bazarındakı yanğın söndürülüb YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ