Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 14:16
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində daha 48 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib.
K.Cahanpurun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 6 733 nəfərə yüksəlib.
Nazirlik rəsmisi əlavə edib ki, ötən 24 saat ərzində daha 1 481 nəfərin koronavirusa yoluxması ilə İranda bu virusa 110 767 nəfərin yoluxması öz təsdiqini tapıb. Virus daşıyıcılarından 2 713 nəfərin vəziyyəti ağırdır.
Cahanpur İranda indiyədək 88 357 nəfərin koronavirusdan sağaldığını deyib. Ötən 24 saat ərzində ölkədə 31 vilayətindən 14 vilayətində ölüm halı qeydə alınmayıb. 5 vilayətdə isə bir ölüm halı qeydə alınıb.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 615 mindən çox test həyata keçirilib.