Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan millisinin sabiq baş məşqçisi koronavirusdan vəfat etdi

Azərbaycan millisinin sabiq baş məşqçisi koronavirusdan vəfat etdi

Tarix: 13 May 2020 11:58

Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov vəfat edib.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlama verib. 

Onun sözlərinə görə, Maqomed Aliomarov koronavirusun səbəb olduğu xəstəlikdən dünyasını dəyişib: "Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı".

Qeyd edək ki, 68 yaşlı dağıstanlı mütəxəssis Azərbaycandan ayrıldıqdan sonra 2019-cu ildən Rusiya yığmasını çalışdırırdı.

Maqomed Əliömərov AGF-də vitse-prezident vəzifəsinə 2007-ci ildə təyin olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qadın güləşi üzrə millinin də baş məşqçisi olub. 2019-cu ilin fevralından isə Əliömərov Rusiyanın eyni növ üzrə yığmasına rəhbərlik edib.


Etiketlər:  Azərbaycan millisinin sabiq baş məşqçisi koronavirusdan vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ