Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elman Rüstəmov: Azərbaycanın valyuta bazarında vəziyyət stabilləşib

Elman Rüstəmov: Azərbaycanın valyuta bazarında vəziyyət stabilləşib

Tarix: 13 May 2020 12:12

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycanın valyuta bazarında vəziyyət stabilləşib.

Trend-in məlumatına görə, bunu NBC Bank və AG Bankın lisenziyalarının ləğv olunması ilə bağlı keçirilən mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan manatının məzənnəsi sabitdir və mart ayında qeydə alınan ucuz neft qiymətlərinin təzyiqi hazırda tam aradan qaldırılıb. Bundan başqa, monetar sabitliyin təmin olunması üçün vacib addımlar atılır.

E.Rüstəmov bildirib ki, yanvar-aprel aylarında orta inflyasiya üç faiz təşkil edib və bu Mərkəzi Bankın müəyyən etdiyi hədəf çərçivəsindədir. İnflyasiyanın ilin sonunadək bu çərçivə daxilində qalacağı gözlənilir.


Etiketlər:  Elman Rüstəmov Azərbaycanın valyuta bazarında vəziyyət stabilləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ