Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elman Rüstəmov: ''Kreditlərin restrukturizasiyası üçün müraciətlərin həcmi 500 milyon manatı keçib''

Elman Rüstəmov: ''Kreditlərin restrukturizasiyası üçün müraciətlərin həcmi 500 milyon manatı keçib''

Tarix: 13 May 2020 12:24

Kreditlərin restrukturizasiyası üçün müraciətlərin həcmi 550 milyon manata çatır.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu NBC Bank və AG Bankın lisenziyalarının ləğv olunması ilə bağlı keçirilən mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, mayın əvvəlinədək ölkədə kreditlərin restrukturizasiyası üçün ümumilikdə 549 milyon manat məbləğində 48 min müraciət qəbul edilib və onlardan yalnız 15-i müsbət cavab almayıb.

E.Rüstəmov vurğulayıb ki, bütün müraciətlərin təxminən 91 faizi biznes kreditlərə, 4 faizi istehlak kreditlərinə, 5 faizi isə ipoteka kreditlərinə aiddir. Bu günədək müraciətlərin 37 faizdən çoxuna baxılıb.


Etiketlər:  Elman Rüstəmov Kreditlərin restrukturizasiyası üçün müraciətlərin həcmi milyon manatı keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ