Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 17:38
"Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Koronavirus pandemiyası dövründə də Rusiya vətəndaşlarının Azərbacanda, Azərbaycan vətəndaşlarının Rusiyada olmasını nəzərə alaraq vətəndaşların sərhəd-keçid məntəqəsindən qarşılıqlı keçidi təmin edilir".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan Rusiya vətəndaşlarının öz ölkələrinə getməsi üçün lazımi şərait yaradıb.
O qeyd edib ki, Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi xüsusi qrafik üzrə həyata keçirilir. Ona görə də vətəndaşların sərhəd-keçid məntəqələrnə gələrək dövlət qurumlarının fəaliyyətinə mane olmağına gərək yoxdur.