Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 17:56
Azərbaycan hər zaman girovların "hamının hamıya" prinsipi əsasında geri qaytarılması prinsipinə sadiqdir, lakin Ermənistan tərəfi həmişə bu məsələdən qaçır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
H.Hacıyev bildirib ki, koronavirus pandemiyası dövründə də beynəlxalq təşkilatlar girovların qarşılıqlı qaytarılmasının vacibliyini vurğulayırlar: "Hesab edirik ki, koronavirus pandemiyası dövründə əsir və girovların dəyişdirilməsi həyata keçirilməldir. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu məsələdə də konstruktiv mövqe nümayiş etdirmir və bundan boyun qaçırır".