Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev: Xaricdə olan azərbaycanlıların öz qərarları ilə sərhəd məntəqələrinə gəlməsi məqbul deyil

Hikmət Hacıyev: Xaricdə olan azərbaycanlıların öz qərarları ilə sərhəd məntəqələrinə gəlməsi məqbul deyil

Tarix: 13 May 2020 18:18

Bakı. Elçin Mehdiyev - Trend:

Xaricdə olan Azərbaycan vətəndaşlarının öz qərarları əsasında sərhəd məntəqələrinə gəlib toplaşması məqbul deyil.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, xaricdə, o cümlədən Rusiyada olan vətəndaşlarımız növbəli şəkildə ölkəyə gətiriləcək. Yəni, ölkədaxili karantin imkanları yol verdiyi qədər vətəndaşların ölkəmizə gətirilməsi təmin edilir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə bildirib ki, Rusiyda olan vətəndaşlarımız “Evə qayıdıram” portalında qeydiyyatdan keçdikdən sonra öz növbələrini gözləməlidirlər: “Qeydiyyatdan keçdikdən sonra növbəsi çatmadan sərhədə getmək məqsədəuyğun deyil. Vətəndaşlarımızdan xahişimiz odur ki, portalda qeydiyyatdan keçdikləri halda olduqları yerdə qalsınlar”.


Etiketlər:  Hikmət Hacıyev Xaricdə olan azərbaycanlıların qərarları ilə sərhəd məntəqələrinə gəlməsi məqbul deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ