Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 21:32
Bakı. Trend:
İtaliyada yeni koronavirusun səbəb olduğu xəstəliyindən sağalan insanların sayı pandemiya zamanı ölkədə yoluxan insanların ümumi sayından çox oldu.
Trend-in məlumatına görə, bu barədə İtaliya Mülki Müdafiə Departamenti bildirib.
Məlumata əsasən, 222104 yoluxan şəxsdən 112 541 nəfər sağalıb.
Eyni zamanda, son sutkada 3 502 nəfərin sağaldığı, 888 nəfərin yoluxduğu bildirilir. Gün ərzində 195 nəfər koronavirus infeksiyasdan dünyasını dəyişib, ölənlərin ümumi sayı 31 106 nəfərə çatıb.