Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜTT baş direktoru vəzifəsini vaxtından əvvəl tərk etməyi planlaşdırır

ÜTT baş direktoru vəzifəsini vaxtından əvvəl tərk etməyi planlaşdırır

Tarix: 14 May 2020 07:48

Bakı. Trend:

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Robertu Azevedu müddətin 2021-ci ildə bitməsini gözləmədən bu vəzifədən istefa vermək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi bildirib.

Məlumata əsasən, ÜTT başçısı artıq qərarı barədə təşkilata üzv ölkələrin nümayəndələrini xəbərdar edib.

Qeyd olunur ki, Azevedunun səlahiyyətləri rəsmi olaraq bitənə qədər dörd müavinindən birinin müvəqqəti baş direktor vəzifəsinə təyin edilə bilər: Nigeriyalı Yonov Frederik Aga, Almaniyalı Karl Brauner, Amerikalı Alan Volf və çinli Yi Syaoçjun.


Etiketlər:  ÜTT baş direktoru vəzifəsini vaxtından əvvəl tərk etməyi planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ