Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 10:28
"Tottenhem"in futbolçusu Dele Alli silahlı hücuma məruz qalıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, mayın 12-i gecə saatlarında iki soyuq silahlı soyğunçu yarımmüdafiəçinin evinə girib. Həmin vaxt 24 yaşlı oyunçu sevgilisi və qardaşı ilə bilyard oynayırmış.Soyğunçular Alli və digər şəxlərin üzünə bıçaqla vuraraq onlardan bütün qiymətli əşyalarını vermələrini əmr ediblər. Sonlar soyğunçulardan biri yataq otaqlarında axtarış aparıb. Onlar ümumilikdə iki milyon funt sterlinq məbləğində olan iki bahalı saat və digər bəzək əşyalarını götürərək hadisə yerindən qaçıblar.
Alli və onun yaxınlarının üzündə yüngül qanaxmalar olub, amma həkimə ehtiyac olmayıb.
Baş verənlərə görə araşdırmalara başlanılıb. Hələlik heç bir soyğunçusunun saxlanılmadığı bildirilib.