Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kafe və restoranlarla bağlı MÜHÜM AÇIQLAMA - Belə işləyəcəklər

Kafe və restoranlarla bağlı MÜHÜM AÇIQLAMA - Belə işləyəcəklər

Tarix: 14 May 2020 16:40

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında qaydalar hazırlayıb.

TƏBİB-in Trend-ə açıqlamasında bildirilir ki, bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özümüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərik:

- Yemək hazırlanarkən bişirilmə temperaturuna riayət edilməli, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılmalıdır.

- Müəssisə birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməlidir.

- Mətbəxdə, heyət otaqlarında sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır.

- Qida qəbulu zallarında ara məsafəsi eyni masa arxasında 1 metrdən az, masalar arası məsafələr 2 metrdən az olmamalıdır.

Milli.Az


Etiketlər:  Kafe restoranlarla bağlı MÜHÜM AÇIQLAMA Belə işləyəcəklər


RƏYLƏR