Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 17:52
Bakı. Trend:
Yelo Bank 15 may 2020-ci il tarixindən dəftərxana mallarının alınmasına dair açıq tenderin keçirilməsini elan edir.
Ötən illərdə olduğu kimi, bank təchizatçının bir il müddətinə yenilənməsində maraqlıdır.
1.1 Müsabiqənin predmeti aşağıdakıların alınmasına dair müqavilənin bağlanması haqqında ən yaxşı təklifdir:
Kağız A4 Diyircəkli qələmlər (sadə) Karandaş (sadə) Sancaqlar (böyük) Sancaqlar (kiçik) Stepler (böyük) Stepler (kiçik) Antistepler Xətkeş (15 - 30 sm) Kağıztikən qovluq Dəlikaçan Arxiv qovluğu (ağ) Karandaş yapışqan Qısqac (böyük) Qısqac (kiçik) Skotç (böyük) Skotç (kiçik) Zamaska – ştrix Qələmyonan Qopardılan vərəqlər Kəsiçi Fayllar (şəffaf) Marker Zibil üçün vedrə Sənədlər üçün şəffaf göy rəngli qovluq Pozan və s.1.2 Sizdən yuxarıda göstərilən imkanların əks olunduğu təklifi hazırlamağı və 22 may 2020-ci il 18:00 qədər təklifi Yelo Bankın İdarə Heyəti sədrinin adına “Kommersiya təklifi: dəftərxana malları - AÇMAQ OLMAZ” qeydi ilə möhürlənmiş zərfdə Bankın baş ofisinə (Bakı şəhəri, Puşkin küçəsi 30) təqdim etməyinizi xahiş edirik.
1.3 1.2-ci bənddə göstərilən üsuldan fərqli olan müsabiqə təkliflərinə baxılmır.
1.4 1.1-ci bənddə göstərilən tələblərdən fərqli olan müsabiqə təkliflərinə baxılmır.