Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 23:28
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Robertu Azevedu avqustun 31-i vəzifəsini tərk edəcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu R.Azevedu təşkilata üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərinə deyib.
R.Azevedu bildirib: "Mən 2020-ci ilin avqust ayının 31-i vəzifəmi tərk etmək qərarı qəbul etdim. Bu qərar asan deyildi. Bu, fərdi, ailə qərarıdır və əminəm ki, bu, təşkilatın ən yüksək maraqlarına xidmət edir".
Qeyd edək ki, braziliyalı Robertu Azevedu 2013-cü ildə ÜTT-nin baş direktoru seçilib. 2017-ci ildə R.Azevedu ikinci dördillik səlahiyyət müddətinə seçilib.