Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 11:00
Bakı. Trend:
Rusiyanın Buryatiya respublikasında COVID-19-dan sağalan qadın ikinci dəfə virusa yoluxub.
Trend-in məlumatına görə, bunu respulika xəstəxanasının baş həkimi deyib.
Onun sözlərinə görə, həmin xəstə aprelin 21-də iki mənfi testdən sonra evə buraxılıb. 16 gün sonra yenidən xəstəlik simptomları hiss edən qadından götürülən koronavirus testi müsbət nəticə verib.
Bu, Rusiyada qeydə alınan ilk təkrar yoluxma faktıdır.