Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha 101 nəfərdə koronavirus aşkarlanıb - 1 nəfər vəfat edib, 53 nəfər sağalıb

Azərbaycanda daha 101 nəfərdə koronavirus aşkarlanıb - 1 nəfər vəfat edib, 53 nəfər sağalıb

Tarix: 15 May 2020 17:04

Azərbaycanda 101 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Sonxeber.net-a daxil olan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, xronik böyrək çatışmazlığı, xronik pielonefrit və arterial hipertoniya xəstəliyi olan 1977-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 2980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1886 nəfər müalicə olunaraq sağalmış, 36 nəfər vəfat etmiş, 1058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 37 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 220.363 test aparılmışdır.


Etiketlər:  Azərbaycanda daha nəfərdə koronavirus aşkarlanıb nəfər vəfat edib nəfər sağalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ