Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 17:10
"Hər kişiyə yaxşı sevgi qismət olmur. Övladım olmasa, ömrüboyu övlada görə arvad boşamaram".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Bizimləsən" verilişində deyib. Övladı olmayan ailələrdən danışan ifaçı uşağa görə arvadından ayrılan kişiləri tənqid edib:
"On uşağım da olsa, arvad xoşuma gəlmirsə, onunu da yetim qoyub, onu boşayaram. Bir gün də yaşamaram. Əgər sevdiyim xanımdırsa, tək problem uşaqdırsa, olmaz. Çünki bunu Allah da götürməz. Övlad da lazımdır. Gül kimi ailələrini qoyub gedənlər var. Sevgi olan yerdə yaxşı kişi uşağa görə arvad boşamaz".