Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏBİB: Mayın 2-dən sonra koronavirusa yoluxma halları davamlı olaraq artıb

TƏBİB: Mayın 2-dən sonra koronavirusa yoluxma halları davamlı olaraq artıb

Tarix: 15 May 2020 17:30

Bakı. İlhamə İsabalayeva – Trend:

Aprelin 27-dən mayın 2-dək olan müddətdə koronavirusa aktiv yoluxma hallarının sayı sabitləşib, mayın 2-dən sonra yoluxma hallarının sayı davamlı olaraq artıb.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, mayın əvvəlindən yolxuma hallarının sayı yenidən artmağa başlayıb. Bu da məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır.

R.Bayramlı qeyd edib ki, hazırda 1 058 aktiv xəstə var. Onların 35-i reanimasiyada müalicə alır:

“Ümumilikdə, təhlillər göstərir ki, virusa yoluxanların 77,6 faizində simptomlar yüngül müşahidə edilir. Yoluxanların 11-12 faizində vəziyyət orta ağır, 4-5 faizində ağır kimi kimi qiymətləndirilib. Xəstələrin 1,6 faizinin süni tənəffüs cihazlarına ehtiyacı olub”.

R.Bayramlı qeyd edib ki, vəziyyəti ağır olan xəstələrdə müşahidə edilən yanaşı xəstəliklər şəkərli diabet, ürəyin işemik xəstəliyi, ağciyər xəstəlikləri və s. olub.


Etiketlər:  TƏBİB Mayın dən sonra koronavirusa yoluxma halları davamlı olaraq artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ