Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun ikinci dalğasının necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır - TƏBİB

Koronavirusun ikinci dalğasının necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır - TƏBİB

Tarix: 15 May 2020 17:36

Bakı. İlhamə İsabalayeva – Trend:

Hazırda koronavirusun ikinci dalğasını yaşamaqdayıq. İkinci dalğanın irəlidə necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, həftələr üzrə olan göstəricilər bunu deməyə əsas verir ki, qətiyyən rahatlaşmamalıyıq.

Sədr qeyd edib ki, xaricdən idxal edilən yoluxma faizi 7,7-dir. Bakının Yasamal rayonunda yoluxma göstəricisi 17, Nəsimidə 15,8, Sabunçuda 14, Qaradağda 5, digər rayonlarda isə 8 faizdən aşağı olub.

R.Bayramlı əlavə edib ki, virusa yoluxanlar arasında 52-59 yaşlı insanlar üstünlük təşkil edir. Ölkədə 0-9 yaşlılar arasında yoluxma faizi 5 faiz, 80 yaşdan yuxarı 2 faizdir. Qadınlar arasında yoluxma 57 faiz olmaqla daha çoxdur. Kişilər arasında yoluxma göstəricisi 43 faiz təşkil edir.


Etiketlər:  Koronavirusun ikinci dalğasının necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır TƏBİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ