Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fizulidə radiopelenqator aşkar olunub (FOTO)

Fizulidə radiopelenqator aşkar olunub (FOTO)

Tarix: 15 May 2020 23:57

Bakı. Trend:

2020-ci il 15 May tarixində saat 11:10-da Dövlət Sərhəd Xidmətindən Agentliyə Füzuli rayonu, Arayatlı kəndi ərazisində təqribi çəkisi 300 qram, hündürlüyü və diametri 20 sm ölçüdə, üzərində 7 metr ipək ip olan şübhəli əşyanın tapılması barədə məlumat daxil olub.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən xəbərə görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator aşkar olunub, aidiyyatı üzrə təhvil verilib.

Metroloji radiopelenqatorun ətrafında 100 kv.m əraziyə yerüstü, 125 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Fizulidə radiopelenqator aşkar olunub (FOTO) - Gallery Image Fizulidə radiopelenqator aşkar olunub (FOTO) - Gallery Image Fizulidə radiopelenqator aşkar olunub (FOTO) - Gallery Image Fizulidə radiopelenqator aşkar olunub (FOTO) - Gallery Image Fizulidə radiopelenqator aşkar olunub (FOTO) - Gallery Image Fizulidə radiopelenqator aşkar olunub (FOTO) - Gallery Image Fizulidə radiopelenqator aşkar olunub (FOTO) - Gallery Image Fizulidə radiopelenqator aşkar olunub (FOTO) - Gallery Image Fizulidə radiopelenqator aşkar olunub (FOTO) - Gallery Image Fizulidə radiopelenqator aşkar olunub (FOTO) - Gallery Image


Etiketlər:  Fizulidə radiopelenqator aşkar olunub FOTO


RƏYLƏR