Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda bir gündə 239 nəfər koronavirusa yoluxdu

Ermənistanda bir gündə 239 nəfər koronavirusa yoluxdu

Tarix: 16 May 2020 11:40

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 4 283 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 239 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 55 nəfər koronavirusdan ölüb, 2 415 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.


Etiketlər:  Ermənistanda gündə nəfər koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ