Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 7 ildir yediyini qaytaran uşaq əməliyyat olundu - Çəkisi cəmi 16 kq qalmışdı

Bakıda 7 ildir yediyini qaytaran uşaq əməliyyat olundu - Çəkisi cəmi 16 kq qalmışdı

Tarix: 16 May 2020 21:54

7 yaşlı oğlan 7 ildir ki, davam edən qusma, udmada çətinlik, normal yeyə bilməmək səbəbindən çəkidə geri qalmışdı.

7 yaşı olmasına baxmayaraq, çəkisi cəmi 16 kq idi və bu normadan çox aşağı idi.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, valideynləri uşağın problemini tapmaq üçün gəzmədikləri həkim, etmədikləri müalicə qalmamışdı. Hətta uşaq əməliyyat da keçirib.

Uşağı bu ağır vəziyyətə salan səbəb isə diafraqmaı yırtığa bağlı ezofagit reflüks xəstəliyi idi. Mədə möhtəviyyatı geri,yemək borusuna qayıdırdı.

Görünür bu problem onda anbadangəlmə var imiş. Mədənin yandırıcı şirəsi davamlı yemək borusuna axdığı üçün onun selikli qişasını yaralamış, ciddi darlıq yaratmışdı.
Ona görə uşaq nə yeyirdisə uda bilmir və çoxunu qaytarırdı.

Məhz yemək borusunun genişləndirilməsi məqsədilə dəfələrlə əməliyyat keçirsə də, vəziyyət müvəqqəti düzəlib və yenidən eyni problemlər yaşanıb.

Bu dəfə cərrahi əməliyyatı uşaq cərrahı Fuad Hüseynov və onun komandası, eləcə də Tariyel Nadirov və Emin Verdiyev icra edir.

Onlar xəstədə Azərbaycanda demək olar ki, ilk dəfə tətbiq edilən laporoskopik Nissen fundoplikasiya əməliyyatını icra edirlər.

Nəticədə qida borusu və mədə nahiyəsində böyük əməliyyat izi qalmadı, yara tez sağaldı, xəstə evə tez yazıldı.

Əməliyyatdan 1 ay keçib, uşaq normal qidalanır, yavaş-yavaş çəki alır.


Etiketlər:  Bakıda ildir yediyini qaytaran uşaq əməliyyat olundu Çəkisi cəmi qalmışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ