Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 18:30
Bakı. Mətanət Nəsibova - Trend:
Hazırda neft qiymətləri qənaətbəxş səviyyədədir, dekabrda əldə olunmuş OPEK+ sazişinin icra səviyyəsi isə hər ay artır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov SOCAR-ın IV “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.
Onun sözlərinə görə, iyun ayında neft hasilatının azaldılması barədə yeni qərarın qəbul edilməsi bir sıra geosiyasi amillərdən, o cümlədən müəyyən mənada neftin kommersiya ehtiyatlarının azalma səviyyəsindən asılı olacaq:
“Azərbaycan OPEK+ sazişi imzalandıqdan bəri onun fəal iştirakçısıdır”.
Nazir əlavə edib ki, ötən il ölkənin mənfəət neftindən və qazdan gəlirləri 9,8 milyard dollara bərabər olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin