Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 20:44
Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 44 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yazıb.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 140 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 368 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 149 435 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 825 olmaqla 109 962 nəfər təşkil edir.