Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 22:46
İspaniyanın "Selta" futbol klubu danimarkalı yarımmüdafiəçi Pione Sistonu karantin rejimini pozduğuna görə 60 min avro cərimələyib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 25 yaşlı futbolçu koronavirus pandemiyası dövründə və klubun icazəsi olmadan şəxsi avtomobilində Kopenhagenə gedib.
Bildirilir ki, bu cərimə "Selta" klubunun tarixindəki ən böyük məbləğli cərimə olub.
Qeyd edək ki, P.Sisto 2016-cı ildə Danimarkanın "Midtyuland" klubundan "Selta"ya keçib.