Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uğurun 19 vacib açarı: Bunları mütləq etməlisiniz…

Uğurun 19 vacib açarı: Bunları mütləq etməlisiniz…

Tarix: 17 May 2020 22:52

Waldschmidt Partners International konsaltinq şirkətinin sahibi Dan Waldschmidt uğurlu bir sahibkar olmaqla yanaşı, həm də biznes strategiyalar üzrə mütəxəssis, marketoloq, tanınmış məruzəçi və bloggerdir. Dow Jones nəşriyyatının versiyasına görə, onun bloqu satışlarla bağlı ən yaxşı resurslardan biridir.

Dan-nın təhrikediciliyi ilə seçilən ideyaları işləri qaydasına qoymaqda və həyatı yaxşıya doğru dəyişməkdə kömək edir.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, bunları mütləq etməlisiniz...

1 . Qorxduğunuz telefon zənglərini etməlisiniz.

2 . İstədiyinizdən daha erkən durmalısınız.

3 . Almaqdan daha çox verməyə meylli olmalısınız.

Başqalarının qayğısına onların sizin qayğınıza qaldıqlarından daha çox qalmalısınız.
Nə qədər ağır vəziyyətdə olsanız da mübarizədən geri çəkilməyin.
Ehtiyatlı olmaqdansa risk etməlisiniz.
Nə qədər ki heç kim sizi izləmir birinci olmalısınız.
8 . Başqalarından fərqli olaraq özünüzə yatırım etməlisiniz.

Öz suallarınıza cavab axtararkən ağılsız kimi görünməlisiniz.
10 . Detalları rədd etmək daha asan seçim olduğu halda onlardan imtina etməyib dərindən araşdırmalısınız.

Nəticə əldə etməkdən daşınmaq üçün bəhanə imkanlarınız olsa belə nəticəyə nail olun.
Başqalarının dəlilləri ilə razılaşsanız belə öz izahatlarınız olmalıdır.
Səhvlər və ağılsızlıqlar etməlisiniz.
Yoxlamalar edib, səhvlərlə üzləşib, yenidən sınaqdan keçirməlisniz.
Sürətlə irəliyə doğru getməlisiniz, bu yolda "təngnəfəs olsanız" belə.
Sizə qarşı qəddar rəftar edənlərə belə səxavətli davranmalısınız.
İşlərin icrası üçün yetərli olmayan zaman müddətinə həmin işlərinizi sığdırmalı və hələ heçkimin əldə edə bilmədiyi nəticələri əldə etməlisiniz.
İşlər pis gedəndə belə hərəkətlərinizə görə məsuliyyət daşımalısınız.
Qarşılaşdığınız maneələrə fikir vermədən seçdiyiniz istiqamətə doğru dayanmadan hərəkət etməlisiniz.
Siz başqalarının boyun qaçırdığı çətin işlərin öhdəsindən gəlməlisiniz. Bunlar, insanın icra etməyə gücü çatıb-çatmayacağı barədə beynində qeyri-ixtiyari suallar yaradan işlərdir. Və bu çətinliklər də elə sizin kimliyinizi müəyyən edir. Bu işlər hədsiz uğurlu insanların həyatını digər sıradan birilərinin həyatından fərqləndirən işlərdir. Əksəriyyət çox vaxt çətin işlərdən qaçmağa meylli olur. Çünki bu daha asan seçimdir və buna görə bəhanələr də öz-özünə tapılır.

Bəs adi insanlar inanılmaz uğurlara necə nail olurlar? İzah çox sadədir - onlar daha ağıllı, zəngin və ya ixtisaslı insanların görməyə cəsarətləri çatmadığı işlərin icrasına can atırlar. Ona görə də çətin addımlar atmağa çalışın və sonra özünüz öz uğurunuza heyran qalacaqsınız.

Milli.Az


Etiketlər:  Uğurun 19 vacib açarı Bunları mütləq etməlisiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ