Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da neft quyularının qazılması təxirə salınır

ABŞ-da neft quyularının qazılması təxirə salınır

Tarix: 17 May 2020 23:48

ABŞ-ın neft sənayesinin vəziyyətilə bağlı göstərici kimi qəbul edilən neft qazma qurğularının (qüllələrin) sayı bu həftə də 33 ədəd azalıb.

Milli.Az marja.az-a istinadən bildirir ki, neft sahəsinə xidməti şirkəti Baker Hughes-ın həftəlik məlumatına görə, ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 2-8 May həftəsində bir əvvəlki həftə ilə müqayisədə 33 ədəd azalaraq 292-yə geriləyib.

ABŞ-da qazma qurğularının sayı ardıcıl 8 həftədir azalır. Bu müddət ərzində qurğuların sayı 391 ədəd azalıb. Qazılan quyuların sayını azalması gələcəkdə neft hasilatının da azalması ilə nəticələnə bilər.

Qazma qurğusu - qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. Bu qurğu ilə neft quyuları qazılır.

Milli.Az


Etiketlər:  ABŞ neft quyularının qazılması təxirə salınır


RƏYLƏR