Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 13:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Xüsusi karantin rejimi ilə əlaqədar olaraq AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda keçirilən “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinə sənəd qəbulunun vaxtı uzadılıb.
Akademiyadan Trend-ə verilən məlumata görə, namizədlər mayın 31-dək son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzələrini Gənc Alim və Mütəxəssislər Şurasının elektron poçtuna göndərə bilərlər.
Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı və institutun Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə bu elmi müəssisənin gənc alim, doktorant, dissertant və magistrantlarının iştirakı nəzərdə tutulub. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğu üçün müsabiqəyə sənəd qəbulu onlayn aparılır.