Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daimiləşmə ilə bağlı onlayn müsahibələrdə iştirak etməyən müəllimlərə yenidən şans verilir

Daimiləşmə ilə bağlı onlayn müsahibələrdə iştirak etməyən müəllimlərə yenidən şans verilir

Tarix: 18 May 2020 15:57

Bakı. Trend:

Müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrdə iştirakını təsdiq etməyən namizədlər üçün yenidən şans yaradılır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq 19 may saat 18:00-dək müsahibədə iştirakını təsdiq edə bilər.

Qeyd edək ki, mayın 20-də dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələr yekunlaşacaq. On gündür davam edən müsahibələrdə 1000-ə yaxın namizəd iştirak edib.

Mayın 4-dən start verilən müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edib. Mayın 7-dən etibarən isə digər şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlər onlayn müsahibələrə qoşulub.


Etiketlər:  Daimiləşmə ilə bağlı onlayn müsahibələrdə iştirak etməyən müəllimlərə yenidən şans verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ