Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 17:10
Rusiyanın "Rubin" klubunun futbolçusu Konstantin Pliyev koronavirusa yoluxub.
Qol.az Kazan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi hazırda özünü yaxşı hiss edir və Vladiqafqazda həkimlərin nəzarəti altındadır. Rusiyalı futbolçunun "Rubin"in digər oyunçuları ilə ünsiyyətdə olmadığı bildirilib.
Qeyd edək ki, daha öncə "Lokomotiv"in futbolçusu Cefferson Farfanda koronavirus aşkarlanıb.