Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 12:00
Bakı. Trend:
Koronavirus pandemiyası dövründə şəhər sakinlərinin əhvalını yüksəldən hobbi müəyyən edilib.
Trend-in məlumatına görə, ABŞ-ın Prinston Universitetinin mütəxəssislərinin sorğusu nəticəsində müəyyən edilib ki, sakinlər bağbanlıq fəaliyyətindən daha çox zövq alıb.
Rəyi soruşulan şəhər sakinlərinin təxminən üçdə bir hissəsi bir saat bağbanlıqla məşğul olarkən əhvallarının daha çox yüksəldiyini bildirib.
Mütəxəssislər qeyd edib ki, bu işlə məşğul olarkən respondentlərin əhval-ruhiyyəsi onların ailə vəziyyəti və ya gəlir səviyyəsindən asılı olmadan yüksəlib.