Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 19:15
"Bəzi vaxtlarda palaza bürünüb, elnən sürünə bilmirəm. Düz sözü cəmiyyətdə qəbul etmirlər".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki,bu sözləri "Faytonçu" ləüəbli müğənni nazim Pişiyari deyib. "Show news" verilişinə açıqlama verən sənətçi onu qəsdən qalmaqala salmalarından bəhs edib.
Nazim bildirib ki, özünü tamaşaçıya hər zaman yaxşı yöndən çatdırmağa çalışır:
"Özümə görə şəxsiyyətəm və subyektiv fikirlərim var. Bunu paylaşmalı, insanlara kim olduğumu çatdırmalıyam. İnsanlar məni müğənni olaraq sevir, rəğbət bəsləyirlər. İstəyirəm insan, həyat yoldaşı, övlad, ata və baba kimi də tanısınlar ki, necə biriyəm. Təhsilim də, mədəniyyətim də göz qabağındadır. Qız bürcündənəm, romantikəm. Bu bürcün nümayəndələri romantik, həzin və qlamur olurlar. Oxuduğum mahnılarda da romantik, duyğulu sözlər olur".