Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 14:38
Bütün dünyada hökm sürən pandemiya miqrasiya sahəsinə də təsirsiz ötüşməyib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov "Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər" mövzusunda keçirdiyi onlayn mətbuat konfransında məlumat verib.
Xidmət rəisi əlavə edib ki, koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə tərkibində Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin də təmsil olunduğu Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sistemli tədbirlər görülməklə yanaşı, miqrasiya məsələləri də diqqətdə saxlanılıb.
Həmçinin karantin dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının və təhlükəsizliyinin qorunması, onların rahatlığının təmini, evdən çıxma səbəblərinin minimuma endirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra xidmətlərin yalnız elektron qaydada həyata keçirildiyini vurğulayıb. Bildirib ki, bu müddətdə sənəd qəbulu optimallaşdırılıb və icazə proseduru sadələşdirilib.
Xidmət rəisi, onu da qeyd edib ki, ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılıb. Ölkədə olma müddəti bitən əcnəbilərin icazələri özləri müraciət etmədən uzadılıb. Dövlət sərhədində tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra həmin əcnəbilər qısa müddət ərzində ölkəni tərk edə biləcəklər.
Onlayn konfrans zamanı Vüsal Hüseynov dövlət-vətəndaş əlaqələrinin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsinin və elektron xidmətlərə sərbəst çıxışın təmin edilməsinin günümüzün reallığı olduğunu qeyd edib. Həmçinin vurğulayıb ki, bununla bağlı Xidmət tərəfindən pandemiya dövründən öncə də elektron xidmətlərin geniş tətbiqi, onların keyfiyyətinin artırılması ilə bağlı zəruri tədbirlər görülürdü. Bu gün Xidmət tərəfindən bu işlər daha da sürətləndirilib. Görülən işlərin nəticəsidir ki, xüsusi karantin rejimi müddətində elektron xidmətlərdən istifadə edən əcnəbilərin sayı artıb. Belə ki, bu ilin mart ayından mayın 15-dək Dövlət Miqrasiya Xidmətinin müvəqqəti olma müddətinin uzadılması və iş/yaşama icazələri ilə bağlı elektron xidmətlərdən 6691 nəfər yararlanıb. Bu da ötən ilin rəqəmləri ilə müqayisədə 24 dəfə çoxdur.
Karantin müddətində Dövlət Miqrasiya Xidmətinin 24 saat fasiləsiz fəaliyyət göstərən 919 Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb. Mart ayından mayın 15-dək Çağrı Mərkəzinə 92 min 967 zəng daxil olub. Qəbul edilən zənglərin 36 min 337-si müvəqqəti olma müddətinin uzadılması, 24 min 624-ü müvəqqəti yaşama icazəsi, 2 min 701-i iş icazəsi, 2006-sı daimi yaşama icazəsi, 1067-si inzibati xəta, 1444-ü vətəndaşlıq məsələləri, 4 min 408-i olduğu yer üzrə qeydiyyat, 20 min 380-ni isə digər məsələlərlə bağlı olub. Bu da ötən illə müqayisədə təqribən 4 dəfə çoxdur. Xidmət rəisi Çağrı Mərkəzinə daxil olan müraciətlərin hər birinin diqqətdə saxlanıldığını və operativ şəkildə cavablandırıldığını bildirib. Bir daha əcnəbilərə istənilən məsələ ilə bağlı (012) 919 - Çağrı Mərkəzinə zəng edə bilmələrini xatırladıb.
Dövlət Miqrasiya Xidməti maarifləndirmə tədbirlərini də davam etdirib. Bütün zəruri məlumatlar həm Xidmətin internet saytı, Facebook və Twitter sosial hesabları, həm də "(012) 919" Çağrı Mərkəzi vasitəsilə əcnəbilərə çatdırılıb.
Bundan başqa, "Miqrasiya Könüllüsü" İctimai Birliyi tərəfindən Azərbaycanda sığınacaq almış, qaçqın statusu ilə yaşayan aztəminatlı əcnəbi ailələrə, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə dəstək məqsədilə xeyriyyə aksiyası təşkil edib.
Xidmət rəisi pandemiya dövründə görülən işlərlə yanaşı, Dövlət Miqrasiya Xidmətinin nailiyyətlərindən danışıb. Bildirib ki, ölkəmizin milli və regional səviyyədə miqrasiyanın idarəedilməsi sahəsində əldə etdiyi uğurlardan biri ölkəmizin Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçilməsi olub. Eyni zamanda, Xidmət tərəfindən beynəlxalq və yerli təşkilatlarla günün tələblərinə uyğun bir sıra onlayn videokonfransların təşkil olunduğu barədə məlumat verib.
Sonda Vüsal Hüseynov jurnalistləri maraqlandıran sualları cavablandırı