Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 16:15
Bakı. Elçin Mehdiyev - Trend:
Kütləvi tədbirlərlə bağlı məsələyə müvafiq dövlət qurumları tərəfindən nəzarət olunur.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni TV-ə müsahibəsində deyib.
O bildirib ki, karantin dövründə yas mərasimləri ilə bağlı qaydalara əməl edilməsi ilə bağlı ciddi bir pozuntu aşkarlanmayıb. Digər kütləvi tədbirlər kimi yas mərasimlərinin də keçirilməsi məqsədəuyğun sayılmır.
Komitə sədri vurğulayıb ki, kütləvi tədbirlərlə bağlı məsələyə müvafiq dövlət qurumları tərəfindən nəzarət olunur.
M.Qurbanlı əlavə edib ki, komitə tərəfindən də bu istiqamətdə maarifləndirici tədbirlər aparılıb. Ümumilikdə bununla bağlı ciddi pozuntu halları qeydə alınmayıb.