Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 07:16
Britaniyalı milyarder Rıçard Brensonun "Virgin Orbit" şirkəti Sakit okean suları üstündə Yer kürəsinin orbitinə peyklərin çıxardilması üçün nəzərdə tutulan raket-daşıyıcılarının havadan start sistemini sınaqdan keçirməyi planlaşdırır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "CNBC" telekanalı xəbər yayıb.
Sınaqın keçirilməsi 23, 24 və ya 25 may tarixlərindən birində ABŞ-ın şərq sahilləri vaxtı ilə 13:00-da (21:00 GMT+4) planlaşdırılıb. Sınaqların dəqiq tarixi barədə hələ yekun qərar qəbul edilməyib.
Sınaq planı raketin ABŞ-ın Mohave səhrasındakı (Kaliforniya ştatı) kosmoportundan uçan "Boeing-747" təyyarəsindən havada ayrılmasını nəzərdə tutur. Raket təyyarədən Sakit okean suları üstündə ayrıldıqdan sonra avtomatik olaraq mühərriklərini işə salacaq.
Bənzər sınaqlar ilk dəfə may ayının 1-də R.Brensonun "Virgin Galactic" şirkəti tərəfindən artıq həyata keçirilib. Bu sınaqda təyyarədən "SpaceShipTwo" seriyasının "Unity" kosmolyotu 15,2 km hündürlükdə ayrılıb və plan üzrə uçuşu yerinə yetirərək ABŞ-ın Nyu-Meksiko kosmoportunda eniş edib. "SpaceShipTwo" seriyasının kosmolyotları turistik suborbital uçuşlar üçün nəzərdə tutulub.