Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2019 06:12
Bakı. Trend:
Suriya qoşunlarının aviyasiyası İdlib vilayətinin cənubunda yerləşən Ən-Nakir və Abdin şəhərlərindəki quldur dəstələrinin arxa bazalarına hücum edib.
Trend-in məlumatına görə, bu barədə "Al Watan" qəzeti bildirib.
Məlumata əsasən, Xan Şeyxun, Maaret Naaman, Kafr Zita və Morikadaki düşmənin ön mövqelərinə ölkənin HHQ və raket artilleriyası tərəfindən zərbə endirilib.
Silahlılar canlı qüvvədə və texnikada itki veriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin