Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramin Bayramlı: Ağırlaşma və ölüm hallarının çoxu evdə özünümüalicə ilə bağlıdır

Ramin Bayramlı: Ağırlaşma və ölüm hallarının çoxu evdə özünümüalicə ilə bağlıdır

Tarix: 22 May 2020 17:48

Bakı. İlhamə İsabalayeva – Trend:

Ağırlaşma və ölüm hallarının çoxu evdə özünü müalicə ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, son zamanlar COVİD-19-a oxşar digər hallar da müşahidə edilir:

“Bu hallar bizi narahat edir. Bütün halları araşdırmaq lazımdır ki, bu, koronavirusdur, ya başqa ağırlaşmalardır”.

R.Bayramlı qeyd edib ki, ölkəyə xaricdən gələnlər arasında yoluxma halları 20 faiz təşkil edib: “Bir təyyarə reysində gələnlər arasında yoluxma göstəricisi 30 faiz olub. Bu halda bütün təyyarə ekipajı karantinə göndərilir”.


Etiketlər:  Ramin Bayramlı Ağırlaşma ölüm hallarının çoxu evdə özünümüalicə ilə bağlıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ