Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mövsümi istilər koronavirusu yox edəcək? - AÇIQLAMA

Mövsümi istilər koronavirusu yox edəcək? - AÇIQLAMA

Tarix: 22 May 2020 19:00

Hazırda şimal yarımkürəsində yay ayları başlayır və hava isinir. Buna baxmayaraq, Azərbaycanda virusun yayılması çoxalır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O qeyd edib ki, Rusiyada da çox sayda yeni virusa yoluxma aşkarlanıb:
"Virusun üzərinə günəş düşsə, uzun müddət yaşamaz, amma isti havada necə olacaq, bunu gözləməliyik. Hazırda bildiyimiz budur ki, mövsümi isti havalar virusu yox etməyə də bilər".

"Buna görə də insanlar əl gigiyenasına, sosial məsafəyə diqqət edilməlidir, maska taxmalıdır", - Hande Harmancı qeyd edib.


Etiketlər:  Mövsümi istilər koronavirusu edəcək AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ