Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 22:21
Həkim-dietoloqlar viruslara qarşı təsirli olan qidaları açıqlayıblar. Onlar qeyd edib ki, immuniteti viruslara qarşı gücləndirən element sinkdir. Bu mineralsız immun hüceyrələri, xüsusən leykositlər işləyə bilmir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, sink isə çox miqdarda mal əti, quzu əti, mal qaraciyəri, balıq, dəniz məhsulları, bəzi paxlalılarda olur.
Bundan başqa, C vitamini immun sistem üçün vacibdir. O, qrip, zökəm kimi xəstəliklərin yüngül keçməsini təmin edir.
Ona görə həkimlər viruslara qarşı çaytikanı, sitrus meyvələri, pomidor şirəsi, qarağat, çiyələk və s. bol yeməyi məsləhət görürlər.